Kobe Bryantla yeni razılığa gəlib
"Los Anceles Lakers"in ulduz basketbolçusu Kobe Bryantla yeni razılığa gəlib.

Klubla NBA ulduzu arasındakı müqaviləyə görə, o daha iki il komandanın forması ilə çıxış edəcək.

O, iki il ərzində 48 milyon dollar gəlir əldə edəcək.

Artıq 7 aydır zədə səbəbindən oynaya bilməyən Bryant məşqlərini bərpa edib.

Kobe 1996-cı ildən şıxış etdiyi "Los Anceles Lakers"lə 5 dəfə NBA çempionluğunu yaşayıb.

Həmçinin Kobeoyun taktikasına görə məşhur ulduz Maykl Cordanla da müqayisə edilir.

Xəbər 995 dəfə oxundu.