Ağacan Abiyev: «Bizim haqqımızda yayılın xəbərlər yalandır»

Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abiyev «BBC Newsnight» proqramında yayımlanan məlumata münasibət bildirib. İdman.com.az saytının əməkdaşına açıqlama verən təcrübəli mütəxəssis deyib ki, Böyük Britaniya tele-kanalında bizim haqqımızda yayımlanmış informasiya tamamilə yalandan ibarətdir:

«Bu xəbərlə ilk dəfə mediyada tanış oldum. Belə bir hal necə ola bilər ki, mənim bundan heç xəbərim yoxdur. Bildiyiniz kimi, mən Azərbaycan Boks Federasiyasının I vitse-prezidentiyəm. Dünya boksunda böyün nüfuzum var. Belə şeylər olanda, bunu birinci bilənlərdən biri mən oluram. AİBA-da bu yaxınlarda bir ingilisi vəzifəsindən uzaqlaşdırıblar. Aləmi də qatan elə odur. Düzü, AİBA prezidenti Çinq-Kuo Vu da sözügedən qalmaqallı məlumata inanmır. O əksinə, bizə Azərbaycanın dünya boksuna daim böyük tövhə verdiyini deyib və işimizi təqdir edib».

A.Abiyev onu da əlavə edib ki, hazırda araşdırma aparılır. AİBA tərəfindən xüsusi komissiya yaradılıb. Çox güman, bu məlumat özünü doğrultmayacaq və ABF qaydalar çərçivəsində lazım olan addımı atacaq. Lazım gəlsə, nüfuzumuza xələl gətirən şəxslər beynəlxalq məhkəməyə verilcək.
Qeyd edək ki, «BBC Newsnight» proqramında yayımlanan məlumatda, guya WSB-ın operativ əməkdaşı İvan Xodabəxşin pul müqabilində Azərbaycan tərəfinə London olimpiadasında 2 qızıl medal vəd etməis barədə xəbər yayılıb.

KAMRAN

Xəbər 1219 dəfə oxundu.