Ronaldonun “Qalatasaray”la oyunu buraxacağı dəqiqləşdi
“Real”ın hücumçusu Kriştiano Ronaldo bu həftə “Qalatasaray”a qarşı keçiriləcək Çempionlar Liqasının qrur mərhələsinin oyununu buraxacaq.

Buna portuqaliyalı hücumçunun “Almeriya” ilə La Liqanın 14-cü turunun matçında zədələnməsi səbəb olub.

Ronaldonun bu gün tibbi müayinədən keçəcəyi gözlənilir. Bundan sonra onun konkret nə vaxt yaşıl meydana dönəcəyi müəyyənləşəcək.

Lakin “AS” qəzeti yazır ki, “Real”ın hücumçusu üç həftə futbol oynamaya bilər.

Xəbər 861 dəfə oxundu.