“Atletiko” Rusiyaya ehtiyat oyunçularla gedir
Madrid "Atletiko"su Çempionlar Liqasının qrup mərhələsində "Zenit"lə matça əsasən ehtiyat oyunçularla çıxacaq.

Növbəti mərhələyə çıxmağı indidən təmin edən klubun Rusiyaya gedəcək heyətində komandanın əsas oyunçuları yer almayıb.

Baş məşqçi Dieqo Simeone Arda Turan, Dieqo Kosta, David Vilya, Felipe Luis, Kristian Rodriqez, Tiaqo Mendes və Dieqo Qodin kimi futbolçulara bu qarşılaşmada şans verməyəcək. Argentinalı mütəxəssəsinin belə qərar verməsinin səbəbi isə Rusiyadakı soyuq hava şərtləri, yolun uzaqlığı və gənc futbolçulara da fürsət vermək istəməsidir.

Qeyd edək ki, "Zenit" - "Atletiko" matçı sabah baş tutacaq.

Xəbər 806 dəfə oxundu.