"Dördlər finalı" üçün Bakının namizədliyini irəli sürdü
Xəbər verdiyimiz kimi, futzal üzrə UEFA Kubokunun əsas seçmə mərhələsində keçirdiyi hər üç oyunu qələbə ilə başa vurmuş Azərbaycan çempionu "Araz" qrupda birinci yeri tutaraq final mərhələsinə vəsiqə qazanıb.

Final mərhələsinin oyunlarına ev sahibliyi etmək üçün artıq AFFA tərəfindən Bakı şəhərinin namizədliyi irəli sürülüb və bununla bağlı UEFA-ya müraciət edilib.

“Barselona” (İspaniya), “Dinamo” (Rusiya), “Kayrat” (Qazaxıstan) və “Araz”ın mübarizə aparacağı “Dördlər finalı” 2014-cü ilin aprel ayında keçiriləcək.

Xəbər 798 dəfə oxundu.