Portuqaliyalı hücumçunun son durumu məlum oldu
"Almeriya" ilə matçda zədələnərək oyundan çıxmaq məcburiyyətində qalan "Real" (Madrid) klubunun futbolçusu Kriştiano Ronaldonun son durumu məlum olub.

Portuqaliyalı hücumçunun zədəsi ciddi olmasa da, onun Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray"la matçda forma geyib-geyinməyəcəyi hələlik məlum deyil.

Bu gün oyunçunun yenidən tibbi müayinədən keçəcəyi bildirilir.

Qeyd edək ki, Ronaldo "Almeriya" ilə matçdan sonra zədəsinin o qədər ciddi olmadığını daha da böyük problem yaşamaq istəmədiyi üçün oyundan çıxmaq istədiyini bildirmişdi.

Xəbər 806 dəfə oxundu.