Messi onu transfer etmək istəyən klubların olduğunu dedi
"Barselona"nın futbolçusu Lionel Messi onu transfer etmək istəyən klubların olduğunu deyib.

"De Telegraaf"a danışan argentinalı hücumçu buna baxmayaraq, Kataloniya klubunda qalmaq istədiyini bildirib:

"Bir neçə klubun məni transfer etmək istədiyi doğrudur. Ancaq mənə hələ də "Barselona" formasının yaraşdığını düşünür və burada qalmağı arzulayıram".

Hazırda zədəli olan Messi bu mövsümün onun üçün yaxşı keçmədiyini vurğulayıb: "Mövsümün ikinci yarısında yaşıl meydanlara qayıdacağıma ümid edirəm".

Xəbər 907 dəfə oxundu.