Braziliya futbolunda aləm bir-birinə dəydi
Braziliyada çempionatın yekunlaşmağına 4 həftə qalmış çempionluğunu elan edən "Kruzeyro"nun futbolçusu Julio Baptista rəqib komandanın oyunçusu, bir vaxtlar "Qalatasaray"ın formasını geyinən Krisdən elə bir şey istəyib ki, aləm bir-birinə dəyib.

Baptistanın oyun zamanı Krisə yaxınlaşaraq "Bir qol daha vurun" deməsi, ölkədə oyun alqı-satqısının varlğını göstərən amil olub.

Futbol Federasiyası məsələni ciddi şəkildə araşdırır.

Xəbər 825 dəfə oxundu.