Azərbaycan Boks Federasiyasının inzibati binasının təməlqoyma mərasimi keçirilib
Sentyabrın 25-də Bakıda Azərbaycan Boks Federasiyasının inzibati binasının təməlqoyma mərasimi keçirilib. Tədbirdə Gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Kəmaləddin Heydərov və Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq-Kuo Vu və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, federasiyanın inzibati binasının inşası üçün paytaxtın Xətai rayonunda, Fəhlə prospektinin başlanğıcında 2 hektar torpaq sahəsi ayrılıb. Burada 500 nəfərlik idman kompleksi, 200 nəfərlik mehmanxana, üzgüçülük hovuzu və avtodayanacaq fəaliyyət göstərəcək. Bununla yanaşı, burada transformator yarımstansiyası, qazanxana, nasosxana və su anbarı da quraşdırılacaq.

ABF-nin prezidenti Kəmaləddin Heydərov və AİBA-nın prezidenti Çinq-Kuo Vu beton qarışığı tökən qurğunu işə salıb və metal gilizi bünövrəyə atıblar.

Sonda xatirə şəkli çəkdirilib.

Xəbər 1494 dəfə oxundu.