"Levante" öz meydanında "Vilyareal"a uduzdu
İspaniya La Liqasında 14-cü turun oyunları davam edir.

İkinci oyun günündə daha 4 qarşılaşma baş tutub.

"Levante" öz meydanında "Vilyareal"a uduzub - 0:3.

"Espanyol" səfərdə "Rayo Valekano"nu böyük hesabla məğlub edib - 4:1.

"Valensiya" səfərdə "Elçe"yə uduzub - 1:2.

"Sevilya" isə "Betis"lə oyunda doğma meydan amilindən maksimum yararlanıb - 4:0.

Qeyd edək ki, La Liqada 14-cü tura bu gün keçiriləcək "Malaqa" - "Atletik" (Bilbao) oyunu ilə yekun vurulacaq.

Xəbər 702 dəfə oxundu.