Azarkeşlər Ronaldoya sürpriz hazırlayıb
"Real"ın (Madrid) klubunun azarkeşləri komandanın futbolçusu Kriştiano Ronaldo üçün xüsusi hazırlıqlar görürlər.

Azarkeşlər Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray"la "Santyaqo Bernabeu" arenasında oynanılacaq matçda üzlərinə portuqaliyalı hücumçunun şəkli olan maska taxacaqlar.

Bununla da onlar "Qızıl top" mükakatına namizəd olan K.Ronaldoya dəstək olacaqlar. 45 min azarkeş futbolçunun maskasını taxaraq "Hamımız Ronaldoyuq" şüarını səsləndirəcək.

Xəbər 816 dəfə oxundu.