Argentinalı ulduz futbolçu həbs olundu
Argentina millisinin və "Bayer" (Leverkuzen) klubunun keçmiş futbolçusu Dieqo Plasente həbs olunub.

Buna onun on iki il əvvəl vergidən yayınması səbəb olub.

Bildirilib ki, oyunçu "Bayer"də oynadığı dönəmlərdə 2 milyon avro vergi ödəməyib. Bu səbəbdən D.Plasente yaxın günlərdə məhkəmə qarşısına çıxacaq.

Qeyd edək ki, 36 yaşlı futbolçu 2001-2005-ci illərdə 123 dəfə "Bayer" forması geyinib. O, Argentina millisində isə 22 matça çıxıb.

Xəbər 834 dəfə oxundu.