Azarkeşlərin irqçiliyinə görə Xorvatiya millisi cəzalanacaq
Beynəlxalq Futbol Federasiyası (FİFA) noyabrın 19-da Xorvatiya ilə İslandiya arasında keçirilən oyundan sonra baş vermiş olayı araşdırmağa başlayıb.

Lent.az-ın "BBC"yə istinadən məlumatına görə, həmin oyunda xorvatlar Braziliyada keçiriləcək dünya çempionatına getmək hüquq qazansa da, qalib tərəfin tərəfdarlar stadionda faşist şüarlar söyləyib və futbolçularını bu devizlə alqışlayıb.

Fanatlar Xorvatiya millisinin müdafiəçisi Yosip Şimuniç də qoşulub. O, mikrofonu götürərək, faşistyönlü bu şüarı söyləyib: "Za dom spremni!" ("Ev uğrunda - hazır ol!" - bu hitlerçilərin "Ziq hayl"ı-dır).

Şimuniç hərəkəti haqda sonra belə deyib: "Kimsəni incitmək istəmirdim". "İrqi düşmənçiliyi təbliğ etdiyi üçün" Xorvatiya hakimiyyəti onu 4,5 min dollar cərimələyib.

Xəbər 773 dəfə oxundu.