Blatter peşman deyil
FİFA prezidenti Sepp Blatter "Real"ın (Madrid) futbolçusu Kriştiano Ronaldo haqda dediyi sözlər üçün peşman deyil.

O, verdiyi açıqlamasında Messinin daha güclü olduğunu və Ronaldonun saç düzümünə çox pul xərclədiyini bildirmişdi. Bundan başqa, Blatter portuqaliya hücumçunu bir komandirə bənzətmişdi.

FİFA prezidenti açıqlamasında Ronaldo haqda müsbət fikirlərini bir daha səsləndirərək deyib: “Ronaldo üçün dediyim sözlərə görə peşman deyiləm. O mənim üçün qeyri-adi futbolçu olaraq qalacaqdır. Meydanda özünü komandir kimi aparır”.

Xəbər 816 dəfə oxundu.