UEFA-dan "Qalatasaray"a cəza
Türkiyənin "Qalatasaray" klubu UEFA tərəfindən cəzalandırılıb.

Buna səbəb Çempionlar Liqasının qrup mərhələsində "Kopenhagen"lə oyunda (1:0) "cim-bom" azarkeşlərinin stadionda məşəl yandırması və qalmaqal yaratması olub.

Ali qitə qurumu azarkeşlərin bu hərəkətinə görə "Qalatasaray"ı 100 min avro cərimələyib.

Xəbər 959 dəfə oxundu.