Quti: "Ronaldo Messi və Riberidən 2-3 addım öndədir"
"Real" (Madrid) klubunun sabiq futbolçusu Quti Hernandez "Qızıl top"u qazanmağa namizəd futbolçunun adını açıqlayıb.

"Marca" qəzetinə danışan ispaniyalı futbolçu "Real"ın hücumçusu Kriştiano Ronaldonun bu mükafatı almağa daha layiq olduğunu bildirib:

"Burada müəyyən anlaşılmazlıq var. Əgər FİFA "Qızıl top"u il ərzində ən çox titul qazanan futbolçuya verirsə, bu başqa məsələ. Ancaq yenə də heç nə anlamıram. Çünki İniyesta 2010-cu ildə İspaniya yığması ilə dünya çempionu olsa da, "Qızıl top" Messiyə verilmişdi. Yox əgər mükafat ən yaxşı futbolçuya verilirsə, bu il Ronaldonun aşkar üstünlüyü hiss olunur. O, hazırda Messi və Riberidən 2-3 addım öndədir".

Qeyd edək ki, Quti 1995-2010-cu illərdə "Real" klubunun şərəfini qoruyub.

Xəbər 838 dəfə oxundu.