"Mançester Yunayted" futbolçusu ilə müqaviləni yenilədi
"Mançester Yunayted" təcrübəli futbolçusu Maykl Karriklə müqaviləni yeniləyib.

32 yaşlı yarımmüdaiəçi ilə 2+1 illik yeni müqavilə imzalanıb.

Qeyd edək ki, Karrik 2006-ci ildən "qırmızı şeytanlar"ın formasını geyir. O, indiyə kimi 226 matçda iştirak edib və 15 qol vurub.

Xəbər 848 dəfə oxundu.