Aquero: "İngiltərə futbolu mənə çox şey öyrətdi"
"Mançester Siti" klubunun hücumçusu Serxio Aquero İngiltərə futbolu haqda danışıb.

Argentinalı futbolçu Mançesterdə hər şeyin onu qane etdiyini bildirib:

"Hər şey sadədir. "Mançester Siti"də xoşbəxtəm. Burada hər şey məni qane edir və komandanı dəyişmək haqda düşünmürəm. İngiltərədə İspaniya və Argentina ilə müqayisədə mənə daha çox diqqət, qayğı var. Küçələrdə çox sərbəst gəzə bilirəm və heç nədən qorxmuram. İngiltərə futbolu mənə çox şey öyrətdi".

Qeyd edək ki, Aquero 2011-ci ildə "Atletiko" (Madrid) klubundan "Mançester Siti"yə transfer edilmişdi.

Xəbər 845 dəfə oxundu.