Ronaldo: "Qızıl top"u düşünmürəm"
"Real"ın (Madrid) futbolçusu Kriştiano Ronaldo Madrid klubunda olduğu üçün çox xoşbəxtdir.

Portuqaliyalı hücumçu futbolçu karyerasını hazırkı komandasında başa vurmaq istədiyini deyib.

Ronaldo "Qızıl top" mükafatını təqdimetmə mərasiminə qatılıb-qatılmayacağına da münasibət bildirib: "Mərasimdə iştirak edib-etməyəcəyim dəqiq deyil. Ancaq mən "Qızıl top"u düşünmürəm".

Ulduz futbolçunun sözlərinə görə, Madrid klubunda oynayırsa, ildən-ilə daha da yaxşı formada olmağa çalışmalıdır: "Yaşım artdıqca bəzi şeylərin fərqində oluram. 4 il əvvəl olsa, bəzi səhvlər etməzdim".

Xəbər 875 dəfə oxundu.