Pele Lionel Messini Zinəddin Zidanla müqayisə edib
Braziliya futbolunun əfsanəsi Lionel Messini Zinəddin Zidanla müqayisə edib:"Fikrimcə Zidan Messidən güclü idi. Zinəddin əla futbolçu idi və komanda yoldaşları Messinin komanda yoldaşları səviyyəsinə çata bilmirdi. Barselonada Xavi və İnyesta var. Zidanın isə belə tərəf müqabilləri yox idi.Ancaq buna baxmayaraq mən "Qızıl top" seçimində Messiyə səs verəcəyəm."

Öz fikirlərini Braziliya futbolunun digər əfsanəsi Rivelino da bildirib: "Texnikasına görə Neymar Messidən üstündür. Ümumiyyətlə , Messi ilə Maradonanı müqayisə etmək olmaz. Messi hər şey qaydasında olan bir komandaya ideal qoşulmuşdu. Ona görə də bu il Messinin ən yaxşı seçiləcəyini güman etmirəm. Mükafat ya Ronaldo , ya da Riberiyə qismət olacaq."

Xəbər 940 dəfə oxundu.