Anand–Karlsen matçının səkkizinci partiyası heç-heçə qurtarıb
ahmat üzrə dünya çempionu adı uğrunda Vişvanatan Anand ilə Maqnus Karlsen arasında matçın səkkizinci partiyası heç-heçə qurtarıb.Görüş dünya çempionunun oynadığı qara fiqurların 33-cü gedişindən sonra başa çatıb.

Bu, rəqiblər üçün heç-heçə ilə nəticələnmiş altıncı oyun olmuşdur. Daha iki partiya 22 yaşlı Karlsenin xeyrinə bitib. Hazırda matçda hesab 5:3-dür. Ümumi qələbə üçün norveçli idmançı 1,5 xal toplamalıdır.
Reqlamentdə nəzərdə tutulmuş 12 partiyadan sonra hesab bərabərləşərsə, tay-breyk olacaqdır.
Anand 2007-ci ildə qazandığı dünya çempionu adını qorumağa çalışır. Karlsen öz karyerasında ilk dəfə olaraq çempion titulu uğrunda mübarizə aparır.

Xəbər 749 dəfə oxundu.