Riberi sıradan çıxdı
"Bavariya" bundesliqada "Borussiya" (Dortmund) ilə matçöncəsi ciddi itki ilə üzləşib.

Komandanın önəmli futbolçularından olan Frank Riberinin bu vacib qarşılaşmada forma geyməcəyi açıqlanıb.

Ukrayna ilə matçda zədələnən yarımmüdafiəçinin qabırğasında qırıq olduğu bildirilib.

Qeyd edək ki, "Borussiya" - "Bavariya" matçı noyabrın 23-ü baş tutacaq.

Xəbər 830 dəfə oxundu.