FİFA zədələnən futbolçular üçün təzminat ödəyəcək
FİFA milli komandada oynayarkən zədələnən futbolçular üçün təzminat ödəyəcək.

Yeni qaydalara əsasən ali futbol qurumu 2012-ci ilin mayından etibarən milli komandanın heyətində zədələnən futbolçuların klublarına sığorta pulu verəcəkdir.
FİFA oyunçuların gəlirlərini 365-ə bölərək onların günlük qazanclarını müəyyən etdikdən sonra zədəli olduğu günlər üçün ödəmə edəcəkdir.
Artıq FİFA bu istiqamətdə işə başlamışdır. İsveçrə milli komandasında zədələnən Şeqler üçün “Aytraxta”a, Almaniya yığmasında zədələnən Xedira üçün “Real”a, Hummels və Şmeltser üçün isə “Borussiya”ya təzminat ödəyəcəkdir.
Qeyd edək ki, yoldaşlıq və ya rəsmi görüşlər olmağından asılı olmayaraq ödəmə 1 il ərzində həyata keçiriləcəkdir.

Xəbər 828 dəfə oxundu.