Ronaldo adına muzey açdırır
"Real" (Madrid) klubu və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo doğulduğu yer olan Funşal kəndində öz adına muzey açdırır.

Müzeyin açılışı ya bu ilin sonu, ya da 2014-ci ilin əvvəlində baş tutacaq.

Sahəsi 300 kvadrat-metr olacaq müzeyin inşaat işlərinin hələ də davam etdiyi bildirilib. Futbolçunun öz adını daşıyacaq müzeydə qazandıqları kuboklar və medallar yer alacaq.

Qeyd edək ki, müzeyin inşaatına xərclənən bütün maliyyə vəsaitini Ronaldo özü ödəyir.

Xəbər 855 dəfə oxundu.