Yunan - Roma güləşi üzrə şəhər birinciliyi
Noyabrın 20-də İdman Sağlamlıq Mərkəzində Şəki şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə, ümumtəhsil məktəbləri arasında Yunan - Roma güləşi üzrə şəhər birinciliyi keçirilib.

80 nəfərdən çox idmançının iştirakı ilə 24-85 kq keçirilən yarışda Şəki şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri öz qüvvələrini sınayıblar. Yarışın baş hakimi S.İsrafilov olub.

Yarış 24, 27, 30, 33, 36, 37, 42, 46, 50, 54, 59, 63, 69, 76, 85 kq çəki dərəcələrində olan idmançılar arasında, S.İsrafilovun baş hakimliyi ilə aparılıb.

Sonda qalib olan idmançılara Şəki şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.

Xəbər 1729 dəfə oxundu.