"Borussiya" "Bayer"in futbolçusunu transfer etdi
"Borussiya" (Dortmund) klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

Neven Subotiç və Mats Hummelsin zədəsi səbəbindən müdafiədə problem yaşayan klub Manuel Fridrixi transfer edib.

Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, 34 yaşlı müdafiəçi 2007-ci ildən "Bayer"də forma geyinib. O, ötən mövsümün sonunda klubdan ayrılıb.

Xəbər 1018 dəfə oxundu.