"Borussiya" 34 yaşlı oyunçu transfer etdi
Dortmund "Borussiya"sı qış transfer pəncərəsi açılmadan heyətini gücləndirməyə qərar verib.

Baş məşqçi Yurgen Klopp Neven Subotiç və Mats Hummelsin zədələndiyi bir dövrdə yeni müdafiəçiyə ehtiyac duyub.

Buna görə də mövsümün əvvəlində "Bayer"dən (Leverkuzen) ayrılan və azad agent statusuna malik olan Manuel Fridrixlə müqavilə imzalanıb. 34 yaşlı mərkəz müdafiəçisi mövsümün sonuna qədər Dortmund klubunda forma geyəcək.

Daha əvvəllər Almaniya millisinin də şərəfini qoruyan təcrübəli futbolçu 2007-ci ildən "Bayer"in 147 oyununa çıxıb və 11 qol vurub.

Xəbər 795 dəfə oxundu.