Blatter: "Ronaldo fantastik oyunçudur"
FİFA-nın prezidenti Seppe Blatter Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo haqda müsbət fikirlər səsləndirib.

Dünən Portuqaliya İsveçin qonağl olmuş və həmin matçda Portuqaliya Ronaldonun het-triki ilə 3:2 hesablı qələbə qazanmışdı.

Qarşılaşmadan sonra tvitter hesabında fikirlərini bildirən S.Blatter 28 yaşlı hücumçu haqda yazıb: "Portuqaliya dünya çempionatında iştirak edəcək. Ronaldo fantastik oyunçudur".

Qeyd edək ki, bundan əvvəl FİFA prezidenti Messinin Ronaldodan daha yaxşı futbolçu olduğunu bildirmişdi. O, sonradan dediklərinə görə portuqaliyalı hücumçudan üzr istəmişdi. Ancaq Ronaldo bu üzrü qəbul etməyərək S.Blatterin zənglərinə də cavab vermir.

Xəbər 878 dəfə oxundu.