"Barselona"nın qapıçıcı altı həftəliyə sıradan çıxdı
"Barselona" Lionel Messidən sonra daha bir ciddi itki ilə üzləşib.

CAR-la yoldaşlıq matçında İspaniya millisinin qapısını qoruyan Viktor Valdes zədələnmişdi.

Bu gün tibbi müayinədən keçən təcrübəli qolkiperin 6 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

Qeyd edək ki, Valdesin yoxluğunda Kataloniya klubunun qapısını Pinto qoruyacaq.

Xəbər 889 dəfə oxundu.