Royal Halı elə evində məğlub oldu
Basketbolda FIBA ​​EuroChallenge kubokunun B qrupunda Royal Halı Qaziantep qrupundakı 3 matçında Rumıniyanın CSM Oradea komandasına 74-69 hesabı ilə məğlub olub.

Subotik, Nikoara və Denisonun sayıları ilə önə keçən qonaq komanda ilk 5 dəqiqəni 11-7 hesabı ilə irəlidə olub. Müdafiə etmədə güclü ola bilməyən ev sahibi komanda ilk dörddəbiri 16-11 hesabı ilə geridə tamamlayıb.

İkinci periodda daha cürətli bir oyun göstərən Royal Halı Qaziantep Borovnjakın atdığı basketlərlə fərqi bağlamağa çalışdı. Qonaq komanda isə Subotik və Comacin təsirli oyunuyla fərqi artıraraq dövrəni 42-30 hesabı ilə önə keçirə bildi.

Royal Halı Gaziantep final periodunda həm müdafiədə, həm də hücumda daha təsirli bir oyun ortaya qoymasına baxmayaraq gərgin keçən matç sonunda ev sahibi olan komanda oyundan 74-69 hesabı ilə məğlub ayrılıb.

Qeyd edək ki, Royal Halı Qaziantep qrupudakı ilk matçında Rusiya komandası Krasnye Kriliayını səfərdə 96-89, ikinci matçında isə Macarıstanın Atomerömü komandasını 75-63 hesabı ilə məğlub edib.

CSM Oradea isə ilk matçında Atomerömüye 78-77 , ikinci matçında da öz sahəsində Krasnye Kryliaya 89-74 hesabı ilə məğlub olmuşdu.

Xəbər 1186 dəfə oxundu.