Riberi Ukrayna üzərində qələbədən danışdı
Fransa millisinin yarımmüdafiəçisi Frənk Riberi Ukrayna ilə oyundan sonra fikirlərini bölüşüb.

Ulduz futbolçu doğma azarkeşlərin dəstəyi altında möhtəşəm oyun sərgilədiklərini bildirib:

"Ukraynada aldığımız məğlubiyyətdən sonra çox məyus olmuşduq. Ancaq cavab matçında hər şey istədiyimiz kimi oldu. Belə atmosferdə oynamaq hər futbolçu üçün xoşdur. Uzun müddət idi ki, "Stade de France"da belə dəstək görmürdüm. Braziliyaya getməsəydik, bu biz çox pis təsir edəcəkdi. Lakin bu gün möhtəşəm oynamaqla istəyimizə nail olduq".

Qeyd edək ki, səfərdə Ukraynaya 0:2 hesabı ilə uduzan Fransa cavab matçında rəqibini 3 cavabsız qolla keçib.

Xəbər 833 dəfə oxundu.