Nani "Yuventus" və "İnter"in hədəfində
"Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Luiş Nani karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Portuqaliyalı futbolçu ilə "İnter" və "Yuventus" klubları yaxından maraqlanır.

Hər iki komanda Naninin transferi ilə Mançester təmsilçisi ilə danışıqlara başlayıb. "Mançester Yunayted"in əsas heyətindən kənarda qalan futbolçunun da A Seriyada oynamaq istədiyi bildirilir. Naninin hansı komandanı seçəcəyi də böyük maraqla gözlənilir.

Qeyd edək ki, 27 yaşlı futbolçunun "Mançester Yunayted"lə 2018-ci ilə qədər müqaviləsi var.

Xəbər 815 dəfə oxundu.