Marina Durunda ölkə çempionu oldu
Bu gün İsmayıllı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 20-ci ölkə çempionatı keçirilib. İdman.com.az xəbər verir ki, yarışda 16 idmançı Gimnastlar mütləq çoxnövçülük və ayrı-ayrı növlər üzrə medallar uğrunda mübarizə aparıblar.

Çempionatda Respublika Kompleks İdman Məktəbi və "Baku Fleyms" komandasının gimnastları ilə yanaşı, "Neftçi" İSM, Bakı Gimnastika Məktəbi, "Spartak" və "Sərhədçi" klublarının təmsilçiləri də çıxış edirlər.

Nəticələrə gəldikdə, son 5 ilin dəyişməz çempionu Aliyə Qarayeva London olimpiadasından sonra karyerasını bitirdiyi üçün, indi rəqabət Marina Durunda ilə Lalə Yusifova arasında gedib. Gərgin mübarizədə halqa hərəkətlərində qalib adını ilk adı çəkilən gimnast qazanıb. Lalə Yusifova 2-ci, Aişən Bayramova 3-cü olub. Bu sıralama topla proqramda da qeydə alınııb.

Gürzlərdə Lalə Yusifova qızıl medala sahib çıxıb. Marina Durunda gümüş, Gülsüm Şəfizadə bürünc mükafat qazanıb. Lentlə hərəkətlərdə də bu idmançılar fərqləniblər. Sadəcə, ilk 2 yerdə dəyişiklik olub.

Çoxnövçülükdə Marina Durunda 1-ci, Lalə Yusifova 2-ci, Aişən Bayramova 3-cü yer tutublar.

Çempionata maraq onun yenidən iki il əvvəl olduğu kimi paytaxtdan kənarda keçirilməsi ilə daha da artıb. AGF-in vəzifələrindən biri təkcə Bakıda deyil, Azərbaycanın ayrı-ayrı regionlarında da gimnastikanın inkişaf etdirilməsidir. Son illər ərzində paytaxtın hüdudlarından kənarda bir neçə bölmə açılıb ki, onlar da inkişaf edir və nəticə verirlər.

Xəbər 1231 dəfə oxundu.