«Barselona» Marko Roysun nümayəndələri ilə görüşdü
«Barselona» Dortmund Borussiyasının futbolçusu Marko Roysun nümayəndələri ilə görüşüb. Katalon klubunun idman direktoru Andoni Subisretta agent Folker Ştrutla danışıqlar aparıb.

Futbolçunun hazırki müqaviləsi 2017-ci ildə başa çatır.Onun müqavilsəində yer alan bəndə görə Roysu 2015-ci ilə qədər 35 мilyon avroya almaq olar. Bu mövsüm Roys 12 oyunda 7 qol vurub və 5 ötürmə edib.

Xəbər 711 dəfə oxundu.