Astarada zona seçim turu keçirilib
12-13 noyabr tarixlərdə “Xəmsə” Milli İntellektual Oyunu üzrə
14-17 yaşlı yeniyetmələr arasında Yardımlı rayonunda keçirilən respublika zona seçim turunda Astara rayon komandası yüksək səviyyədə çıxış ediblər.

Bilik yarışında rayonu Şiyəkəran kənd 1 saylı tam orta məktəbin “Bir istiqamət” komandası təmsil edib. Komanda respublika zona seçim turunda fəxri üçüncü yerə layiq görülüb və 2013-cü ilin dekabr ayında Naxçıvan şəhərində keçiriləcək respublikanın final mərhələsində iştirak etmək hüququ qazanıblar.


Bu günlərdə Gənclər və İdman Nazirliyindən verilən məlumata görə 5-8 dekabr tarixlərdə Bakı şəhərində keçiriəcək Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi ilə birgə təşkil etdiyi “İstedadların hazırlığı labaratoriyası” 14-17 yaşlı yeniyetmələr arasında Respublika Olimpiadasının final mərhələsinə rayonun 4 nəfər istedadlı yeniyetmə gənci dəvət olunub. Onlar mayın 2-də keçirilən online Respublika Olimpiadasının ilkin mərhələsində qalib gəliblər.

Həmin istedadlı yeniyetmələr aşağıdakılardır: Aydan Mirzəyev, Azər Mürsəlov ( Şahağac kənd 2 saylı), Mehdi Ağaddəli (Şahağacı kənd 1 saylı), Cəlal Süleymanlı (Səncərədi kənd tam orta məktəb, hazırda Qazax Pedaqoji Kollec).

Xəbər 2266 dəfə oxundu.