Arda Turan Terimlə Simeoneni müqayis etdi
"Atletiko" (Madrid) klubunun futbolçusu Arda Turan Türkiyə millisindəki baş məşqçisi Fatih Terimlə Madrid təmsilçisinin çalışdırıcısı Dieqo Simeoneni müqayisə edib.

Türk yarımmüdafiəçi iki mütəxəssis haqda bunları deyib:

"F.Terim özünü sübut etmiş bir baş məşqçidir. Dünyanın ən yaxşı çalışdırıcılarından hesab olunur. D.Simeone hələlik məşqçi kimi yenidir. Ancaq o, çox istəkli və gəncdir. İkisi də çox fərqli çalışdırıcıdır. Mən xoşbəxtəm ki, ikisi ilə də işləyirəm".

İdealı haqda danışan Arda uşaqlıqdan Dieqo Maradonanı bəyəndiyini deyib. Hazırda futbolçu karyerasını davam etdirən oyunçulardan isə o, Andres İniyesta və Məsut Özili izləyir: "Uşaq ikən Maradonanın etdiyi hərəkətləri yerinə yetirməyə çalışmışam. İndi isə İniyestadan bir şeylər öyrənirəm. Eyni ilə M.Özili də izləyirəm. İkisi də çox yaxşı futbolçudurlar".

Xəbər 924 dəfə oxundu.