"Real"dan Aqueraya 60 milyon avro
Madrid "Real"ı "Mançester Siti"nin futbolçusu Serxio Aqueronun transfer məsələsini yenidən gündəmə gətirib.

İspanlar argentinalı futbolçu üçün bu dəfə 60 milyon avrosundan keçməyə hazırdır. Bu barədə Britaniya mətbuatı xəbər yayıb.

Xəbərdə bildirilir ki, Karlo Ançelotti Kərim Benzema və Alvaro Morata ilə birlikdə hücum xəttində Aqueranı görmək istəyir.


Qeyd edək ki, 2011-ci ildə 38 milyon funt-sterlinqə "Atletiko"dan "Mançester Siti"yə transfer olan argentinalı ulduz futbolçunun komandası ilə 2017-ci ilə qədər müqaviləsi var.

Xəbər 832 dəfə oxundu.