Banvitdən daha bir qələbə
Beko Basketbol Liqasının 6-cı həftəsində qələbəyə imza atan Banvitin baş məşqçisi Dimitris İtoudis çox maraqlı açıqlamalar verib.

İdman.com.az saytının məlumatına görə, Abdi İpekçi idman salonunda təşkil olunan yarışdan sonra baş məşqçi idmançıları təbrik edərək,"Çox yaxşı bir komandaya qarşı əhəmiyyətli bir qalibiyyət qazandıq. Matçda enişlər və çıxışlar oldu, amma ayaqda qala bildik. Çox əhəmiyyətli bir qalibiyyət əldə etdik" -deyib.

Qeyd edək ki, Qalatasaray Liv Hospital komandası ilə qarşılaşan Banvit onu 78-69 hesabı ilə məğlub edib.

Xəbər 1049 dəfə oxundu.