"Mançester Siti"dən Ramosa 39 milyon avro
“Mançester Siti” klubu Madrid “Real”ının müdafiəçisi Serxio Ramosu transfer etmək istəyir.

“Şəhərlilər” yanvar ayında “kral klubu”na rəsmi təklif göndərəcəklər.

“Mançester Siti” futbolçuya görə 39 milyon avro təklif etməyə hazır olduğunu bildirib. Bu Ramosun müqaviləsində qeyd edilən məbləğdən 10 milyon azdır.

Xatırladaq ki, “Real” klubu 2005-ci ildə 19 yaşlı Ramos üçün “Sevilya” klubuna 27 milyon avro ödəmişdi. Ramos 366 görüşdə meydana çıxıb və 42 qol vurmağı bacarıb.

Xəbər 865 dəfə oxundu.