Türkiyə Almaniyaya qalib gəldi
Dünən Türkiyə millisi ilə Almaniyanın əfsanəvi futbolçuları arasında yoldaşlıq oyunu keçirilib.

Kimsəsiz uşaqlara xeyriyyə məqsədi ilə keçirilən görüş qardaş ölkənin komandasının 7:2 hesablı qələbəsi ilə başa çatıb.

Türkiyə millisinin qollarının dördünü Əhməd Dursun, ikisini Yıldıray Baştürk, birini isə Ümit Karan vurub.

Qeyd edək ki, sözügedən qarşılaşmada qardaş ölkədən Yıldıray Baştürk, Bülənt Qorxmaz, Rüştü Rəcbər, Ümid Davala, Almaniyadan isə Olaf Ton, Yens Lemann, Ştefan Effenberq kimi məşhur futbolçular iştirak edib.

Xəbər 848 dəfə oxundu.