Ronaldo Blatteri bağışlamır
"Real" (Madrid) klubunun futbolçusu Kriştiano Ronaldo ilə FİFA-nın prezidenti Yozef Blatter arasında olan soyuq münasibət hələ də davam edir.

S.Blatter daha öncə verdiyi açıqlamasında portuqaliyalı hücumçunun bərbərdə çox vaxt keçirdiyini və Messinin ondan yaxşı futbolçu olduğunu bildirmişdi.

Madrid klubun prezidenti Florentino Perezin məktubundan sonra isə FİFA prezidenti Ronaldodan üzr istəmişdi. Ancaq bütün bunlara baxmayaraq, ulduz oyunçu Blatteri hələ də bağışlamayıb. Belə ki, FİFA prezidenti ona dəfələrlə zəng etsə də, futbolçu bu zənglərin heç birinə cavab verməyib.

Qeyd edək ki, Ronaldonun bu il təşkil olunacaq "Qızıl top" mükafatının təqdimetmə mərasiminə qatılmayacağı iddia edilir.

Xəbər 855 dəfə oxundu.