Yeniyetmə boksçularımız Avropa birinciliyindən 4 medalla dönüb
Rusiyanın Anapa şəhərində yeniyetmələr arasında boks üzrə Avropa birinciliyinə yekun vurulub. Azərbaycan idmançıları yarışda 3 gümüş və 1 bürünc medala sahib olublar.

Finala vəsiqə qazanmış hər 3 boksçumuz həlledici görüşdə rusiyalı rəqiblərinə uduzub. Rüfət Hüseynov (46 kq) Maqomed Maqomedbekova, Tayfur Əliyev (52 kq) Tamerlan Xanqişiyevə, Hüseyn Tarverdili isə (70 kq) Vladimir Xarçenkoya məğlub olub. Xatırladaq ki, Ümüd Hüseynov (50 kq) Avropa birinciliyinin bürünc medalına layiq görülüb.

Yarışda ölkəmizi hakim kimi Mehman Mürsəlov təmsil edib.

Xəbər 940 dəfə oxundu.