Berti Foqts: Baxımlı oyun göstərməyə çalışacağıq
"Qarşılaşmaya yaxşı hazırlaşmışıq."-bu sözləri Tallinndə futbol üzrə Estoniya yığması ilə yoldaşlıq oyunu keçirəcək. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts təşkil olunmuş mətbuat konfransında deyib.

Baş məşqçi bildirib ki, Estoniya yığmasının oyununa baxmışam. Çox yaxşı təsir bağışlamışlar. Türkiyə millisi ilə oyunlarını da izləmişəm. Sonadək mübarizə aparıbdılar.
B.Foqts demişdir: “Rəşad Sadıxov, Rəşad Sadiqov, Əfran İsmayılov və Kamran Ağayevin yoxluğu özünü göstərə bilər. Baxımlı oyun göstərməyə çalışacağıq. Yaxşı komandamız vardır. Dəvət etdiyim futbolçulara inanıram. Ağıllı oynamalıyıq. Fikrimcə, bizi maraqlı oyun gözləyir. Havanın soyuqluğu, uyğunlaşmaq məsələsi, ümumiyyətlə, müzakirə mövzusu deyildir. Bu amillər futbolçular üçün zəif oyunun bəhanəsi olmamalıdır”.
Qeyd edək ki, Estoniya – Azərbaycan oyunu noyabrın 15-də yerli vaxtla saat 18:45-də (Bakı vaxtı ilə saat 20:45) Tallinn şəhərindəki “A. Le Coq Arena”da keçiriləcək.

Xəbər 799 dəfə oxundu.