Ronaldo “Qalatasaray”a qarşı oynayacaqmı?
"Real"ın (Madrid) futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray"la matçda forma geyib-geyməyəcəyi hələlik məlum deyil.

Madrid klubunun baş məşqçisi Karlo Ançelotti zədəsi olan portuqaliyalı hücumçunun dincəlməsini istəyir. Təcrübəli mütəxəssis Ronaldonun DÇ-2014-ün pley-off mərhələsində İsveçlə oyunlardan sonra yorğun düşəcəyini nəzərə alaraq bu qərarı verib.

Ancaq 28 yaşlı futbolçunun baş məşqçisinin bu istəyinə qarşı çıxdığı və İstanbul klubu ilə matçda forma geyməkdə israrlı olduğu bildirilir.

İspaniya mətbuatı isə Ronaldonun dincəlməyəcəyi təqdirdə, Lionel Messinin aqibəti ilə üzləşəcəyini yazır.

Xəbər 963 dəfə oxundu.