Türkiyə millisində doqquz yeni futbolçu
Türkiyə millisinin Şimali İrlandiya və Belarusla keçirəcəyi hazırlıq matçına doqquz yeni futbolçu çağırılıb. Baş məşqçi Fatih Terim milliyə cəlb etdiyi həmin futbolçular "Rizespor"dan Koray Altınay, "Eskişehirspor"dan Tarık Çamdal və Aytaç Kara, "Fənərbaxça"dan Salih Uçan, "Gənclərbirliyi"ndən Uğur Çiftçi, "Karabükspor"dan İshak Doğan, "Kasımpaşa"dan Adem Büyük, "Sivasspor"dan Aydın Karabulut və "Trabzonspor"dan Zeki Ayrazdır.

Qeyd edək ki, Türkiyə yığması sabah Adanada Şimali İrlandiya ilə qarşılaşacaq. F.Terimin komandası noyabrın 19-u isə Mersində Belaruslə üz-üzə gələcək.

Xəbər 844 dəfə oxundu.