"Atletiko" "yeni Arda" axtarışında
Madridin "Atletiko" klubu futbolçu Arda Turanın zədələnməsinin ardından yarımmüdafiəyə yeni oyunçu transfer etməyə hazırlaşır.

Türk futbolçu matçlarda forma geysə də, zədəsi tam sağalmayıb.

Çempionlar Liqasında növbəti mərhələyə indidən vəsiqə qazanan Madrid təmsilçisi Ardanı əvəzləmək üçün tezliklə komandaya yeni yarımmüdafiıçi gətirmək niyyətindədir.

"AS" qəzeti yazıb ki, "Atletiko"nun yanvar ayında transfer etmək istədiyi bu futbolçu "Volfsburq"dan Dieqo Ribasdır.

Xəbər 912 dəfə oxundu.