Arif İsayevə qarşı münasibətlər dəyişib
Türkiyə birinci liqasında mübarizə aparan “Dənizlispor” klubunun formasını geyinən həmyerlimiz Arif İsayevin zədədən əziyyət çəkməsi ona olan münasibətləri xeyli dəyişib.

Vaxtilə Dənizli klubundan çıxış edən oyunçu indi göndərilmək təhlükəsi ilə üz-üzədir. Bu barədə komandanın baş məşqçisi Yusuf Şimşək məlumat verib. Türkiyə milli komandasının və “Beşiktaş”ın sabiq üzvü bildirib ki, Arif komandadan göndəriləcək: “Ağır zədə alan Bayram Fetai və Arif İsayevlə yollarımızı ayıracağıq. Əcnəbi oyunçu almaq məcburiyyətində deylik. Yerli transferlər olacaq”.

Qeyd edək ki, makedoniyalı Bayram ötən mövsüm komandanın ən çox qol vuran oyunçularından olub.

Xəbər 778 dəfə oxundu.