Kruzeyro komandası 3-cü dəfə Braziliya çempionu oldu
Kruzeyro komandası tarixində 3-cü dəfə Braziliya çempionu olub. 34-cü turda Vitoriya komandası üzərində 3-1 hesablı qələbədən sonra Belu Orizonti təmsilçisi rəqiblər üçün əlçatmaz olub. Çempionatın sonuna 4 tur qalmış Kruzeyro Atletiko Paranaenseni 16 xalla qabaqlayıb.

Xatırladaq ki, bundan əvvəl Kruzeyro 1966-cı və 2003-cü illərdə ölkə çempionu olub.

Xəbər 793 dəfə oxundu.