“Bayraq gunu” nə həsr olunmuş yarışlar keçirlib
Azərbaycan Respublika Təhsil Nazirliyi Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzi tərəfindən Respublikamızın 20-dən çox şəhər və rayonlarında 9 noyabr Bayraq günü və 12 noyabr Konstitusiya gününə həsr olunmuş kütləvi idman yarışları keçirilib. İdman yarışları 26 oktyabr və 8 noyabr tarixlərində futbol, voleybol, basketbol, milli güləş, əltopu, kayak və kanoe, stolüstü tennis, şahmat, dama idman növlərini əhatə edib.

Sonda yarışların qaliblərinə Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzi tərəfindən müxtəlif dərəcəli diploml, medal, kubok və xatirə hədiyyələri təqdim edilib.

Xəbər 1051 dəfə oxundu.