Voleybolçularımız İtaliyaya yola düşüblər

Avropa çempionatının final mərhələsinə hazırlıqlarını bitirmiş voleybol üzrə qadınlardan ibarət mili yığma komandamız dünən İspaniyadan birbaşa İtaliyaya yola düşüb.

İspaniyanın Barselona şəhərində təlim-məşq toplanışı keçirən voleybolçularımız həmin vaxt ərzində İspaniya millisi ilə bir neçə yoldaşlıq görüşü də keçiriblər. Sentyabrın 20-də İspaniyada son hazırlıq oyunu keçirmiş Faiq Qarayevin yetirmələri 3-0 hesabı ilə İspaniya millisinə qalib gələrək, İspaniyadakı hazırlıq mərhələsini sona çatdırıblar.

Avropa çempionatının final mərhələsinin (B) qrupunda mübarizə aparacaq Azərbaycan mili komandasının rəqibləri «Türkiyə», «İtaliya» və «Xorvatiya» milliləridir.

Qızlarımız sentyabrın 23-də ilk oyunlarını Türkiyə millisi ilə keçirəcəklər.

Xəbər 978 dəfə oxundu.